Fotoreportaj|Video|На русском

Futbol

Autsayder hegemonluğuna son və ya Bakının ən pis günü

22 sentyabr 2014 00:15

Topaz Premyer Liqasında 6-cı tur da geridə qaldı. Azerisport.az xəbər verir ki, hesabat turu bır sıra maraqlı oyunlara səhnə olmaqla yanaşı, lider dəyişikliyi ilə yadda qaldı.

İlk oyun günündə "İnter"lə "Bakı" qarşılaşdı. Paytaxt derbisində demək olar ki, gözlənilən nəticə qeydə alındı. Çünki mövsümə çox yaxşı başlayan "bankirlər"in maliyyə problemlərindən əziyyət çəkən, gənclərin ümidinə qalan "zolaqlılar"a xal verəcəyinə inanan yox idi. Lakin Kaxaber Sxadadzenin komandası İbrahim Uzuncanın yetirmələrinə qarşı kifayət qədər acımasız oynadı. Rəqib qapısından 7 cavabsız top keçirən meydan sahibəri "Bakı"ya tarixinin ən biabırçı məğlubiyyətini yaşatdı. Bu, həm də "İnter"in liderliyi ələ keçirməsinə şərait yaratdı.

Çünki ikinci oyun günündə meydana çıxan "Sumqayıt"ın uğurlu seriyası bu turda başa çatdı. Doğma meydanda AZAL-la üz-üzə gələn Aqil Məmmədovun yetirmələrinin qələbə qazanmasına inananlar olsa da, sözügedən komanda ümidləri doğrultmadı. Qeyri-sabit çıxışı ilə seçilən Tərlan Əhmədovun komandası isə sürpriz etməyi və lideri dəyişməyi bacardı.

Şənbə günü baş tutan digər oyunda "Xəzər Lənkəran" doğma meydanda "Araz Naxçıvan"la qarşılaşdı. Qeyri-sabit çıxış edən hər iki komandanın oyununda meydan sahibləri kiçik üstünlüyə malik idi. Hər halda doğma meydan amili cənubluların işinə yaradı. Tarixlərində ilk dəfə üz-üzə gələn komandaların görüşü məhz Oğuz Çətinin komandasının qələbəsiylə başa çatdı. Mövsümün açılış turunda "Neftçi" üzərində böyük hesablı qələbəyə sevinən Əsgər Abdullayevin komandası isə ondan sonra məğlubiyyətləri sıralamaqda davam edir.

Son oyun günündə öncə "Qəbələ" və "Neftçi" qarşılaşdı. Cari mövsümün favoritlərindən hesab olunan tərəflərin görüşü turun mərkəzi oyunu hesab olunurdu. Amma meydanda sərgilənən futbol və qeydə alınan qolsuz heç-heçə həmin adı doğrultmadı desək, yanılmarıq. Nəticədə, komandalar hərəyə bir xal qazanmaqla kifayətləndi.

Turun qapanış matçında isə son çempion "Qarabağ" "Simurq"u qəbul etdi. Bu oyuna ağdamlılar tam heyətlə çıxmamışdı. Baş məşqçi Qurban Qurbanov aparıcı futbolçulara istirahət verərək, əsasən ehtiyat qüvvəni döyüşə atmışdı. Buna baxmayaraq, ağdamlılar Georgi Çixradzenin komandasını minimal hesabla üstələməyi bacardılar. Beləcə, ötən mövsüm "Simurq"a qalib gələ bilməyən "Qarabağ" həmin uğursuzluqları yeni mövsümdə unutdurmağı bacardı.

Topaz Premyer Liqası
6-cı tur

İnter - Bakı 7:0
Qollar: Junior Nildo, 10; 19. Arif Daşdəmirov, 30. Baçana Sxadadze, 44; 49. Coşqun Diniyev, 73. Nizami Hacıyev, 86.
Sarı vərəqələr: Derlis Meza Kolli, 27 (rəqibi tutduğuna görə); Arif Daşdəmirov, 66 (rəqibi tutduğuna görə).
Hakimlər: Rauf Cabarov, İsgəndər Əliyev, Akif Əmrəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 1  dəq.
19 sentyabr 2014. Saat 19:00. “İnter Arena”, 300 tamaşaçı.

İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 11. Asif Məmmədov, 12. Junior Nildo (10. Elvin Məmmədov, 69), 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (27. Dieqo Madriqal, 64), 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev (7. Abdulla Abatsıyev, 74).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavço Georgiyevski, 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Bakı: 1. Aqil Məmmədov (k), 6. Vüqar Bəybalayev, 21. Elşad Manafov, 3. Yure Travner, 37. Mikayıl Rəhimov (30. Cəmşid Məhərrəmov, 30), 19. Elton Hüseynov, 22. Risto Ristoviç (11. Tural Qürbətov, 39), 7. Nuran Qurbanov (16. Rövşən Əmiraslanov, 78), 8. Lukas Mario Horvat, 18. Əziz Quliyev, 10. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 5. Georgios Palagios, 20. Valeh Seyidov, 4. Ülvi Süleymanov.
Baş məşqçi: İbrahim Uzunca.

Xəzər Lənkəran - Araz Naxçıvan 2:0
Qollar: Qalin İvanov, 74. Ağabala Ramazanov, 88.
Sarı vərəqələr:  Rasim Ramaldanov, 36 (Qeyri idman hərəkəti); Qalin İvanov, 87 (Qeyri idman hərəkəti) - Ruslan Zubkov, 45 (Qeyri idman hərəkəti); Tural Hümbətov, 50 (Oyunun bərpasını ləngitdiyinə görə),  Saşa Yunisoğlu, 81 (Qeyri idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Cavanşir Yusifov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə 3-  dəq.
20 sentyabr 2014. Saat 19:00. Xəzər Lənkəran mərkəzi stadionu. 6500 tamaşaçı.

Xəzər Lənkəran: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 6. Rəşad Sadiqov, 10. Elnur Abdullayev (8. Qalin İvanov, 46), 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 22. Əfran İsmayılov (7. Sadio Tounkara, 67), 27. Adrian Skarlatake, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko (18. Tural Cəlilov, 27).
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 13. Aleksandr Şemonayev, 39. İlqar Ələkbərov, 99. Deyan Blajevski.
Baş məşqçi: Oğuz Çətin.
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 2. Tural Hümbətov, 4. Emin Cəfərquliyev, 7. Ramal Hüseynov, 9. Qərib İbrahimov (3. Əlimirzə Daşzərini, 24), 13. Aqil Nəbiyev, 17. Bəxtiyar Soltanov, 20. Ruslan Zubkov (15. Ruslan Nəsirli, 81), 21. David Janelidze (23. Elnur Abdulov, 71), 44. Saşa Yunisoğlu, 91. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 5. Cavid Həsənov, 8. Elmin Çobanov, 10. Eşqin Quliyev.
Baş məşqçi: Əsgər Abdullayev.

Sumqayıt - AZAL 0:1
Qol: Freddi Mombonqo, 24.
Sarı vərəqələr: Bəxtiyar Həsənalızadə, 48 (Qeyri idman hərəkəti); Vurğun Hüseynov, 54 (qeyri idman hərəkəti); Slavik Alxasov, 89 (qeyri idman hərəkəti) - Şəhriyar Rəhimov, 51 (qeyri idman hərəkəti); Kərim Diniyev, 69 (qeyri idman hərəkəti); Freddi Mombonqo, 75 (qeyri idman hərəkəti); Oskar Klava, 82 (qeyri idman hərəkəti); Novruz Məmmədov, 85 (qeyri idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə -yoxdur ; II hissədə 4 -  dəq.
20 sentyabr 2014. Saat 17:00. “Kapital Bank Arena” stadionu. 1600 tamaşaçı.

Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 11. Kiyan Sultanpur (22. Tofiq Mikayılov, 62), 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov (86. Fərid Quliyev, 75), 18. Aleksandr Çertoqanov, 77. Təvəkkül Məmmədov (9. Orxan Əliyev, 62), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 30. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 17. Ramazan Abbasov, 45. Murad Ağayev.
Baş məşqçi: Aqil Məmmədov.
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 22. Eltun Yaqublu (21. Novruz Məmmədov, 66), 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6.Konseysao Eduardo, 12. Luis Ramos (17. Viktor İqbekoyi, 89), 11. Con Kordoba (10. Tomi Kostadinov, 86), 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 18. Orxan Lalayev, 7. Təmkin Xəlilzadə, 25. Adil Nağıyev.
Baş məşqçi: Tərlan Əhmədov.

Qəbələ - Neftçi 0:0
Sarı vərəqələr: Adrian Ropotan, 13 (Sistematik qayda pozuntusuna görə); Ruslan Əmircanov, 28 (Qeyri idman hərəkəti), Pavol Farkaş, 90+3 (Qeyri idman hərəkəti) - Mirhüseyn Seyidov, 37 (Qeyri idman hərəkəti); Məqsəd İsayev, 39 (Qeyri idman hərəkəti); Kaue da Silva, 79 (Qeyri idman hərəkəti), Erik Ramos, 88 (Qeyri idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə yoxdur ; II  hissədə 4 dəq.
21 sentyabr 2014. Saat 18:00. Qəbələ şəhər stadionu. 2500 tamaşaçı.

Qəbələ: 1. Kamran Ağayev (k), 7. Ruslan Əmircanov, 8. Markus Vidal (4. Elvin Camalov, 53), 9. Viktor Mendi (21. Yazalde de Pinto, 84), 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun (11. Andrey Kristya, 89).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 13. Murad Musayev, 16. Ruslan Tağızadə, 88. Müşfiq Teymurov.
Baş məşqçi: Dorinel Muntyanu.
Neftçi: 1. Emil Balayev, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay (21. Samir Məsimov, 74), 11. Nikolas Kanales, 14. Elnur Allahverdiyev (16. Bruno Bertuççi, 57), 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (15. Erik Ramos, 77), 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 12. Pavel Doroşev, 3. Denis Silva, 23. Ruslan Qurbanov, 28. Emin Mehdiyev.
Baş məşqçi: Arif Əsədov.

Qarabağ - Simurq 1:0
Qol: Vüqar Nadirov, 64.
Sarı vərəqələr: Benjamin Lambot, 71 (Sistematik qayda pozuntusu); Vadim Abdullayev, 89 (Qeyri idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - yoxdur.
21 sentyabr 2014. Saat 20:00. Tofiq Bəhramov adına Respublika stadionu, 200 tamaşaçı.

Qarabağ: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev (25. Ansi Aqolli, 68), 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (k), 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev (20. Riçard Almeyda, 58), 99. Namiq Ələsgərov (9. Reynaldo Silva, 58).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 33. Şəhriyar Əliyev, 41. Leroy Corc.
Baş məşqçi: Qurban Qurbanov.
Simurq: 35. Amil Ağacanov (k), 3. Adam Banaş, 6. Samir Zərgərov (9. Lukas Treşnyak, 70), 8. Patrik Osiako (5. Vadim Abdullayev, 60), 10. Rəşad Eyyubov, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov (13. Əli Gökdemir, 81), 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov.
Baş məşqçi: Georgi Çixradze.
 

1İnter6411193+1613
2Sumqayıt640287+112
3Neftçi531144010
4Qəbələ631267–110
5Qarabağ522165+18
6Xəzər L621345–17
7AZAL521247–37
8Simurq520365+16
9Araz N510447–33
10Bakı5014314–111

Bombardirlər:
4
- Mikel Alvaro (İnter)
3 - Baçana Sxadadze (İnter), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah