Qurban Qurbanov: Vacib 3 xal qazandıq
21 sentyabr 2014 22:45
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Maraqlı oyun alındı. Vacib 3 xalı qazandıq. “Simurq” bizim üçün çətin rəqibdi. Ötən mövsüm “Simurq”a məğlubiyyətlərimiz olmuşdu. Ona görə də vacib xallar qazandığımızı düşünürəm. Futbolçulara təşəkkür edirəm, sona qədər bir-birini sığortalayıb, qələbəni təmin etdilər. Düşünürəm ki, bir neçə gün istirahət edib, komandanı növbəti oyunlara hazırlaya bilərik”.