Matiya Şpiçiç: Bakıdakı dostlarıma dedim ki, bu məğlubiyyəti unudun
21 sentyabr 2014 13:50
"İnter"in xorvatiyalı müdafiəçisi Matiya Şpiçiç Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində qarşılaşdıqları "Bakı" ilə oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 7:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Oyundan sonra "Bakı"nın futbolçularına yaxınlaşdım. Çünki onlar üçün heç də uğurlu gün deyildi. Bu məğlubiyyət futbolçulara çox pis təsir etmişdi. Orada çıxış edən Balkan ölkələrindən olan dostlarımı dəstəkləmək istədim. Dedim ki, başınızı qaldırın və bu məğlubiyyəti unudun. Onlar mənim dostlarımdı və istəmirdim ki, elə pis vəziyyətdə olsunar. Bu futboldu, bəzən rəqibi də dəstəkləmək lazımdı".