Şahin Diniyev: AÇ-nin 13 şəhərdə olması marağı azaldacaq
21 sentyabr 2014 01:00
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev azərisport.az-a açıqlamasında AÇ-2020-nin 4 oyununun Bakıda keçirilməsi barədə danışıb:
"4 matçın Bakıda təşkili əlamətdar hadisədi. Futbol həvəskarları bir-birindən maraqlı oyunlar izləyəcək. Bakıdan canlı yayımlar olacaq. AÇ-2020-nin ölkəmizdə təşkili futbol həyatımızda unudulmaz hadisə olacaq. Sadəcə, UEFA-nın qitə birinciliyini 13 şəhərdə təşkil etməsini alqışlamıram. Fikrimcə, Avropa çempionatı hər zaman 1 ölkədə olmalıdı. Hətta iki ölkədə keçiriləndə belə maraq azalır. 13 ölkədə olması marağı azaldacaq. Tarixən Avropa çempionatı 1 ölkədə olub. Azarkeşlər də maraqlarını 1 ölkəyə cəmləşdirib".