Rail Məlikovun yoxluğunda Dənizlispor daha 1 xal qazandı
21 sentyabr 2014 00:15
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 3-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə "Altınordu" ilə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. Rail bu oyunun iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Dənizlispor" 3 turdan sonra 5 xalla 4-cü yerdə gedir.