Oğuz Çətin: Hər şeydən razı qaldım
20 sentyabr 2014 21:25
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Araz Naxçıvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Sözü çox uzatmaq niyyətim yoxdu. Mənim oyunçularım qol zamanı stressdə olurdular. Bu gün isə hər şeydən razı qaldım. Biz qol vurmaq problemini tamamilə həll etdikdən sonra istənilən rəqibi məğlub edə bilərik. Bu gün rəqibə heç bir şans vermədik. Qol bir az gec vurulsa da, əsas qələbədi. Əgər qolu erkən vursaydıq, hesab daha fərqli olardı. Biz ardıcıl olaraq, qələbələr qazanmalıyıq”.