Subaşiçin ilk qələbəsi
20 sentyabr 2014 13:40
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 3-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb.
Onun komandası doğma meydanda "Kayserispor"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Subaşiç bu oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, bu, Subaşiçin komandasının yeni mövsümdə ilk qələbəsidi. "Manisaspor" hazırda 3 xalla 12-ci yerdə gedir.