Antonio Konte: Azərbaycanı qiymətləndirməmək olmaz
20 sentyabr 2014 13:30
Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte bəyan edib ki, komandasının üzvləri AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində hər bir oyuna ciddi yanaşmalıdı. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz seçmə mərhələyə yaxşı başladıq, Norveçə qalib gəldik. Amma skandinaviyalılar bizə çox çətinlik yaşatdı. Ona görə də hər rəqibə ciddi yanaşmaq lazımdı. Xüsusilə də Xorvatiya və Bolqarıstan kimi güclü rəqiblərlə oyunlarda. Amma Azərbaycanla Maltanı da qiymətləndirməmək olmaz".