Sergey Kiryakov: Bakıya görə şadam
20 sentyabr 2014 13:15
Futbol üzrə Rusiya yığmasının sabiq futbolçusu Sergey Kiryakov Azərbaycanın AÇ-2020-yə ev sahibliyi etmək hüququ qazanmasına sevindiyini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bakıya görə şadam. Azərbaycanda futbol hazırda yüksək səviyyədədi. FİFA belə ciddi turnirlərin oyununun Bakıda keçirilməsinə şans yaratmaqla ölkədə futbolun inkişafına daha da təkan vermiş olur".