Platini: Azərbaycan niyə AÇ-nin oyunlarını qəbul etməməliydi, başa düşmürəm
20 sentyabr 2014 00:55
UEFA prezidenti Mişel Platini ötən gün Azərbaycanın paytaxtı Bakı şəhərinin AÇ-2020-nin 4 oyununa ev sahibliyi qazanması münasibəti ilə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan Avropanın, UEFA-nın bir hissəsidi. Başa düşmürəm, onlar niyə Avropa çempionatının oyunlarını qəbul etməməlidi ki? 1/4 final mərhələsinin 2 oyununun Bakı və Sankt-Peterburqda, qalan iki görüşünün Roma və Münhendə keçirilməsi xoşuma gəldi. Bu, məhz bizim istəyimizə uyğun oldu. Çünki AÇ Avropa üçündü".