İbrahim Uzunca: Onları tanıya bilmədim
19 sentyabr 2014 21:20
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 0:7 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İstədiyimiz olmadı. Xüsusən də ilk hissədə çox pis oynadıq. Yaxşı hazırlıq keçməyən futbolçularımızda motivasiya da aşağı səviyyədədi. Hər qoldan sonra oyundan soyuduq. Mən bu gün futbolçularımı tanıya bilmədim. Biz bu məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. “Bakı” tarixi ərzində bu hesabla uduzmamışdı. Buna görə üzr istəyirəm. Komandanı daha yaxşı yerlərə gətirmək üçün çalışacağıq”.