XL Araz Naxçıvanı 4 qolla məğlub etdi
19 sentyabr 2014 19:45
Topaz Premyer Liqasında mübarizə aparan komandaların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 6-cı tur davam edir. Azerisport.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
“Sumqayıt” - AZAL matçında qalib müəyyənləşməyib. “Xəzər Lənkəran” isə “Araz Naxçıvan”la ev oyununda darmadağına sevinib.
Əvəzedicilərin çempionatı
6-cı tur
19 sentyabr
Sumqayıt - AZAL - 1:1
Qollar: Fərid Quliyev, 25 - Nihad Əmirli, 45+1.
Xəzər Lənkəran - Araz Naxçıvan - 4:0
Qollar: Bəhruz Teymurov, 34, Kazım Kazımlı, 51; 66, Kamran Abdullazadə, 77.