Neftçi və Qarabağı üzən klublar Avroliqanın qrup mərhələsinə heç-heçə ilə start verdi
19 sentyabr 2014 14:25
Ötən gecə Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın Fransa "Sent-Etyen"i ilə qolsuz heç-heçəyə razılaşdığı gecədə F qrupunun digər oyununda Ukrayna "Dnepr"i evdə İtaliya "İnter"inə 0:1 hesabıyla uduzdu.
ÇL-in təsnifat mərhələsində "Qarabağ"a qalib gəlmiş Avstriya "Zalsburq"u evdə Şotlandiya "Seltik"i ilə 2:2 hesablı heç-heçəyə razılaşıb. Elə Avroliqanın pley-off mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırmış Serbiya "Partizan"ı da ilk oyunda qələbə qazana bilməyib. Serblər evdə İngiltərə "Tottenhem"i ilə qolsuz heç-heçəyə razılaşıb.