Leroy Corc: Qələbəmizə rəqib qapıçı mane oldu
19 sentyabr 2014 12:55
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Leroy Corc Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Heç-heçə də normal nəticədi. Qol vurmaq üçün çox çalışdıq. Qol vəziyyətlərimiz də az olmadı. Amma uğur bizim tərəfimizdə deyildi. Rəqib qapıçının oyununu da xüsusi qeyd edərdim. O, bizim qələbə qazanmağımıza çox mane oldu".