İnter Bakını 7 cavabsız qolla keçdi
Bu gün Topaz Premyer Liqasında 6-cı tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Paytaxt derbisində "İnter" "Bakı" ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 7 cavabsız qolluq qələbəsiylə başa çatıb.
Topaz Premyer Liqası
6-cı tur
19 sentyabr
İnter - Bakı 7:0 (4:0)
Qollar: J.Nildo, 10 (1:0), J.Nildo, 19 (2:0), A.Daşdəmirov, 30 (3:0), B.Sxadadze, 44 (4:0), B.Sxadadze, 48 (5:0), C.Diniyev, 73 (6:0), N.Hacıyev, 86 (7:0).
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov.
Bakı. “İnter Arena”.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 11. Asif Məmmədov, 12. Junior Nildo, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavço Georgiyevski, 7. Abdulla Abatsıyev, 10. Elvin Məmmədov, 15. Yohan Bokanyano, 17. Məhəmməd Mirzəbəyov, 27. Dieqo Madriqal.
Baş məşqçi: Kaxaber Sxadadze.
Bakı: 1. Aqil Məmmədov (k), 6. Vüqar Bəybalayev, 21. Elşad Manafov, 3. Yure Travner, 37. Mikayıl Rəhimov, 19. Elton Hüseynov, 22. Risto Ristoviç, 7. Nuran Qurbanov, 8. Lukas Mario Horvat, 18. Əziz Quliyev, 10. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 30. Cəmşid Məhərrəmov, 16. Rövşən Əmiraslanov, 5. Georgios Palagios, 11. Tural Qürbətov, 20. Valeh Seyidov, 4. Ülvi Süleymanov.
Baş məşqçi: İbrahim Uzunca.
Turun qalan oyunları: 20 sentyabr - 17:00. Sumqayıt - AZAL, 19:00. Xəzər Lənkəran - Araz Naxçıvan, 21 sentyabr - 18:00. Qəbələ - Neftçi, 20:00. Qarabağ - Simurq.
Bombardirlər:
4 - Mikel Alvaro (İnter)
3 - Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).