Qara Qarayev: Bu oyunla daha yaxşı nəticələr qazana bilərik
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
- Yaxşı oynadıq. Demək olar ki, bütün oyunboyu hücum etdik. Yeganə çatışmayan qol idi. Komandamız çoxlu qol vəziyyətləri yaratdı. Amma təəssüf ki, onları reallaşdıra bilmədik. Azarkeşləri qələbə ilə sevindirməyi çox istəyirdik.
- Sizcə, niyə qələbə qazana bilmədiz?
- "Qarabağ"ın bütün futbolçuları başa düşürdü ki, qələbə bizim üçün nə dərəcədə vacibdi. Amma unutmamalıyıq ki, rəqib "Sent-Etyen" idi. Güclü bir klubdan xal aldıq.
- Bu oyunla qarşıdakı oyunlarda nəyə nail olmaq olar?
- Fikrimcə, bu oyunla daha yaxşı nəticələr qazana bilərik.