Mövlut Erdinç: Qarabağla heç-heçə bizə sərf edir
19 sentyabr 2014 00:15
Fransanın "Sent-Etyen" klubunun futbolçusu Mövlut Erdinç Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Fikrimcə, biz bu heç-heçəyə sevinməliyik. "Qarabağ"ın çox yaxşı hücumları vardı. Tribunaların dəstəyi də möhtəşəm idi. Təbii ki, bu heç-heçə bizə sərf edir".