İnter növbəti qələbəsini qazandı
18 sentyabr 2014 19:50
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 6-cı tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
“İnter” doğma meydanda “Bakı” ilə üz-üzə gəlib və çətinliklə də olsa, qələbə qazanıb.
Əvəzedicilərin çempionatı
6-cı tur
18 sentyabr
İnter - Bakı - 2:1
Qollar: İlkin Sadıqov, 21, Azər Salahlı, 80 - Raul Yaqubzadə, 37.