Elmar Baxşiyev: Qarabağ 2-ci yeri tutmaq üçün Sent-Etyeni məğlub yola salmalıdı
18 sentyabr 2014 15:00
Veteren futbolçu Elmar Baxşiyev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Sent-Etyen" daha çox atletik futbola üstünlük verir. Ümumiyyətlə, fransızlar fiziki futbola daha çox meyllidilər. Böyük təcrübələri var. Amma fikrimcə, komandamız onlarla ilk oyunda qələbə qazana bilsə, "Qarabağ" qrupda ikinci yeri tutmaq şansı qazana bilər".