Azərbaycan Kiprə də qalib gələ bilmədi
18 sentyabr 2014 13:45
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunda bu gün son oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması son oyunda Kiprlə qarşılaşıb.
Millimiz bu görüşdə rəqibi ilə sülhə razılaşıb. - 0:0. Qrupun digər oyununda isə Danimarka Ukraynaya 4:1 hesabıyla qalib gəlib.
Xatırladaq ki, yığmamız ilk oyununda Ukraynaya 0:1 hesabıyla, ardından Danimarkaya 0:3 hesabıyla uduzmuşdu.
Qrupdakı son durum: Danimarka - 9 xal, Ukrayna - 6, Azərbaycan, Kipr - 1.