Vəli Qasımov: Qarabağ Sent-Etyeni məğlub edə bilər
Veteran futbolçu Vəli Qasımov bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Sent Etyen" görüşü haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan xalqı bu gün Azərbaycan çempionuna dəstək olacaq. Ağdam təmsilçisi qrup mərhələsinə Bakıdan başlayır. Yaxşı heyətimiz var. Bütün diqqəti Reynaldoya yönəltmək düzgün olmaz. Futbol kollektiv oyunudu. Biz gərək hər bir futbolçumuzu dəstəkləyək. Hər bir oyunçu məsuliyyəti anlamalıdı. Rəqibə gəlincə, Fransa futbolu inkişaf edib. Sadəcə, "Sent-Etyen"lə oynamaq mümkündü. Bu rəqib İtaliya "İnter"i deyil. Ona görə "Qarabağ"a dəstək olmalıyıq. Reallığa gəldikdə, azarkeşlərimizin uğurlu nəticə gözləməsi başadüşüləndi. İlk dəqiqələrdən istədiyimiz oyunu göstərsək, top saxlamağı bacarsaq, yaxşı olar. "Qarabağ"ın qələbəsinə inanıram. Bu gün "Sent-Etyen"i udmaq real görünür. Komandamıza və futbolçulara inanıram. "Qarabağ" uğurlu çıxışını davam etdirə bilər. İstənilən halda bu komandanın qrup mərhələsində daha yaxşı çıxış edəcəyinə inamım böyükdü".