Daha bir futbolçu Bakını FİFA-ya şikayət edəcək
18 sentyabr 2014 12:35
"Bakı"nın sabiq futbolçusu Mindauqas Kalonas paytaxt təmsilçisindən FİFA-ya şikayət etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, "zolaqlılar" litvalı futbolçuya olan borcu hələ də tam ödəməyiblər.
Bu barədə saytımıza Kalonasın özü məlumat verib. O, bildirib ki, borcunu ala bilmədiyi üçün çıxış yolunu dünya futbol qurumuna şikayətdə görür.
Maraq üçün bildirək ki, bir müddət öncə "Bakı"nın sabiq futbolçuları Ruslan Leviqa ilə Aleksandr Tomaş FİFA-ya şikayət etmiş və istəklərinə çatmışdılar. Kalonas bəyan edib ki, o da Tomaş və Leviqa kimi, pulunu məhz FİFA vasitəsilə alacaq.