"Qarabağla oyun Liqa 1-dən daha vacibdi"
18 sentyabr 2014 11:20
Fransanın "Sent-Etyen" klubunun vitse-prezidenti Bernan Kalatso Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz Liqa 1-də xal itirə bilərik. Amma "Qarabağ"a qarşı oyun daha vacibdi. Şəxsən mənim üçün hazırda Avropa Liqası daha mühüm əhəmiyyət daşıyır".