Kaue: Çox gərgin və maraqlı qarşılaşma olacaq
18 sentyabr 2014 00:55
“Neftçi”nin futbolçusu Kaue Sesilyo klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi həftə sonu “Qəbələ” ilə keçiriləcək oyun haqda fikirlərini bildirib:
“Qəbələ” ilə oyuna hazırlığımız yüksək səviyyədə keçir. Hamımız növbəti oyuna köklənmişik. Rəqibə hörmətlə yanaşırıq. Bilirik ki, çempionatın iddialı komandalarından biridi. “Qəbələ” öz dəsti xətti və oyun üslubu olan komandadı. Xüsusən də doğma meydanda yaxşı təsir bağışlayır. Hazırda 4-cü pillədə qərarlaşması da çox şeydən xəbər verir. Fikrimcə, çox gərgin və maraqlı qarşılaşma olacaq. Çalışacağıq ki, öz oyunumuzu göstərək və istədiyimiz nəticəni qazanaq”.