İnter Dneprə qalib gəldi
18 sentyabr 2014 23:50
Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın Avroliqadakı yeganə təmsilçisi "Qarabağ"ın Fransa "Sent-Etyen"i ilə üz-üzə gəldiyi gündə F qrupu çərçivəsində daha bir görüş keçirilib.
Ukraynanın "Dnepr" klubu evdə İtaliya nəhəngi "İnter"i sınağa çəkib. Qarşılaşma milanlıların minimal hesablı səfər qələbəsiylə başa çatıb.
Avropa Liqası
F qrupu
18 sentyabr
Dnepr - İnter - 0:1 (0:0)
Qol: D`Ambrozio, 71.