Jonatan Brizon: Qarabağa qalib gəlmək şansımız olacaq
18 sentyabr 2014 00:35
Fransanın "Sent-Etyen" klubunun müdafiəçisi Jonatan Brizon Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" bizim üçün müəmmalı komandadı. Onlar haqda çox informasiyamız yoxdu. Bu, bizim üçün çətin səfər olacaq. Amma əminəm ki, qələbə qazanmaq üçün şansımız olacaq. Sadəcə, bu şansdan yararlanmağımız lazımdı".