Qarabağ - Sent-Etyen: 20 min bilet satılıb
18 sentyabr 2014 00:15
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Sent-Etyen" görüşünə bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, son məlumatlara əsasən oyuna 20 min bilet satılıb.
Matç üçün sifariş edilən biletlər oyun başlayana qədər kassalarda satışda olacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına stadion 31200 azarkeşi qəbul edə bilər.