Fotoreportaj|Video|На русском

Futbol

Qarabağ tarixi oyuna çıxır

18 sentyabr 2014 00:05

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilir. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da ilk sınağına çıxacaq.

Xatırladaq ki, Ağdam klubu bu mövsüm avrokuboklar macərasına Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Üçüncü təsnifat mərhələsində isə təmsilçimiz Avstriya "Zalsburq"una uduzaraq (2:1, 0:2), ÇL ilə vidalaşdı. Lakin qaydaya görə, ÇL-in pley-off mərhələsinə vəsiqə qazana bilməyən klublar mübarizəni Avroliqanın eyni mərhələsində davam etdirmək şansına malik idi. Çempionumuz məhz bu mərhələdə ünlü Hollandiya "Tvente"si ilə çətin sınaqdan üzüağ çıxaraq (evdə 0:0, səfərdə 1:1), tarixində ilk dəfə adını qrup mərhələsinə yazırdı.

"Qarabağ"ın qrup mərhələsindəki rəqibləri İtaliya "İnter"i, Fransa "Sent-Etyen"i və Ukrayna "Dnepr"idi. İlk rəqib isə fransızlardı. Komandamız bu rəqiblə tarixi matçını Bakıda, yenilənmiş Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Komandamız doğma azarkeşlər qarşısında oynayacaq ki, bu da avrokubokların qrup mərhələsindəki debüt matçda uğur qazanmağa yardımçı ola bilər.

"Sent-Etyen" 1919-cu ildə yaranıb. Bu klub Liqa 1-də əldə etdiyi 10 çempionluqla ölkəsinin ən çox uğur qazanan komandalarından biridi. Lakin "Qarabağ"ın rəqibinin sonuncu çempionluğu 33 il əvvələ təsadüf edir. Ölkə kubokunu 6 dəfə qazanan fransızların beynəlxalq arenada ən böyük uğuru o vaxtlar UEFA Çempionlar Kubokunun finalına çıxmaq olub. Həmin qarşılaşmada Almaniya nəhəngi "Bavariya"ya 0:1 hesabı ilə məğlub olan fransızlar qızıl medaldan əlini üzməli olublar. Yeni mövsümdə "Qarabağ"ın rəqibi ölkə çempionatına uğurlu başlayıb. Belə ki, Fransa çempionatının geridə qalan 5 turunda "Sent-Etyen" 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyətlə 4-cü yerdə qərarlaşıb. Komanda 6 qol vurduğu halda, öz qapısında da eyni sayda top görüb.

Kluba Bernard Kayatso və Rolan Romeyer rəhbərlik edir. Komandanın baş məşqçisi isə Kristof Qaltedi. Oyunlarını 40 800 nəfərlik azarkeş tutumuna malik "Stade Geoffroy-Guichard" stadionunda oynayan "ağ-yaşıllılar" ötən mövsümdə 69 xal toplayaraq, çempionatı 4-cü pillədə başa vurub. Məhz bunun sayəsində Avroliqaya vəsiqə qazanan komanda birbaşa pley-off mərhələsindən mübarizəyə başlayıb. Lakin onlar Türkiyənin "Karabükspor" klubunu yalnız penaltilər seriyasında məğlub edərək qruplara qalmağı bacarıblar.

Göründüyü kimi, "Qarabağ"ın rəqibi kifayət qədər güclü klubdu. Bu üzdən də komandamızın "Sent-Etyen"lə oyunda uğur qazanması üçün daha böyük güc sərf etməsinə ehtiyac var. Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərinin hər birini dəyərləndirməklə sürpriz nəticəyə imza ata bilər. Təbii ki, ağdamlıların hətta heç-heçəyə nail olması da uğurlu nəticə sayılacaq. Amma qələbə qazanmaq şansı varkən, bunu dəyərləndirmək daha yaxşı olardı.

Sonda onu da bildirək ki, "Qarabağ"ın Avroliqada qazanacağı istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşməyəcək. Belə ki, Ağdam klubunun hər bir qələbəsi ölkəmizə 0,500, heç-heçə isə 0,250 reytinq xalı qazandıracaqş Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 11.250 reytinq xalı var. Bunun 2.375 xalı cari mövsümdə qazanılıb (1.000 xal "Qarabağ"ın, 0.750 xal "İnter", qalan 0.625 xal isə "Neftçi"nin sayəsində əldə olunub).

"Qarabağ" hazırda UEFA-nın klub reytinqində 8.250 xalla 188-cidi. "Sent-Etyen" isə 12.316 xalla 133-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, F qrupu çərçivəsindəki digər oyunda "Dnepr" "İnter"i qəbul edəcək.

Avropa Liqası
F qrupu

18 sentyabr

21:00. Qarabağ - Sent-Etyen
Hakimlər: Stiven Maklin, Qeyvin Harris, Fransis Konnor, Alasdair Ross.
Əlavə köməkçi hakimlər: Brayan Kolvin, Andrey Dallas (Hakimlər Şotlandiyadandı).
Hakim-inspektor: Tor Orrason (İslandiya).
UEFA nümayəndəsi: Sergey İliç (Belarus).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah