Nikolas Kanales: Standart vəziyyətlərdən çox yaxşı yararlanmağı bacarırlar
“Neftçi”nin çilili futbolçusu Nikolas Kanales klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, təcrübəli hücumçu Topaz Premyer Liqasının növbəti turunda “Qəbələ” ilə keçiriləcək oyun haqda danışıb:
“İki mövsüm əvvəl “Qəbələ”yə qarşı oynamışam və bu komandanın nəyə qadir olduğunu bilirəm. Standart vəziyyətlərdən çox yaxşı yararlanmağı bacarırlar. Bildiyimə görə, “Qəbələ” 2 il əvvəlkindən daha güclüdür. Ötən mövsüm Azərbaycan kubokunun finalına çıxıblar və Premyer Liqanın bürünc medalını qazanıblar. “Qəbələ”nin heyətində kifayət qədər səviyyəli futbolçu yer alır. Doğma meydan amilini də nəzərə alsaq, azarkeş dəstəyi də daha çox onların tərəfində olacaq. Bununla belə, çalışacağıq ki, Qəbələdən 3 xalla qayıdıb, liderlər qrupunda möhkəmlənək”.