Jeremi Kleman: Qarabağla oyunumuz çətin olacaq
17 sentyabr 2014 20:40
Fransanın "Sent-Etyen" klubunun yarımmüdafiəçisi Jeremi Kleman Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" güclü və yaxşı komandadı. Düzdü, mənim ağdamlılar haqda ətraflı məlumatım yox idi. Amma onların oyunlarının videoyazısına baxdıqdan sonra başa düşdüm ki, bu komanda ilə görüşümüz çətin olacaq".