Reynaldo: Avrokuboklarda təcrübəmiz olsa da, bu, qrup mərhələsinə aid deyil
17 sentyabr 2014 19:10
"Qarabağ"ın forvardı Reynaldo Avropa Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqları Fransa "Sent-Etyen"i ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim avrokuboklarda təcrübəmiz olsa da, bu, qrup mərhələsinə aid deyil. Rəqibi analiz etmişik və bilirik ki, çətin olacaq. Amma maraqlı oyun olacağını gözləyirəm".
Braziliyalı futbolçu İsgəndər Cavadovun "o, yığmamıza faydalı olmayacaq" açıqlaması ilə bağlı bunları söyləyib:
"Bu sözləri şərh etmək istəmirəm. Sabah keçiriləcək oyundan sonra bunu bacarıb-bacarmayacağım bir daha görünəcək. Mən komandama faydalı olmaq üçün əlimdən gələni edəcəm".