Türkiyə klubu Neftçinin müdafiəçisinə yenə təklif göndərdi
17 sentyabr 2014 17:30
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, gənc futbolçu ilə qardaş ölkənin Super Liqa təmsilçisi "Akhisar BB" klubu yaxından maraqlanır.
Bu klubun menecerləri hələ iki ay öncə Elvini transfer etmək istədiklərini bildirmişdilər. Amma həmin vaxt bu transfer baş tutmamışdı. Lakin Türkiyə klubu yenidən Yunuszadəyə təklif göndərib. Hətta ona əsas heyətdə oynayacağına dair zəmanət də veriblər. Mümkündü ki, yanvar ayında Elvinin bu kluba keçidi baş tutsun. "Neftçi"nin onu buraxıb-buraxmayacağı isə bəlli deyil.
Qeyd edək ki, "Akhisar BB" klubu Super Liqada geridə qalan iki turdan sonra ikinci pillədə qərarlaşıb.