Bakı futbolçulara borcun böyük hissəsini ödədi
17 sentyabr 2014 14:10
"Bakı" rəhbərliyi futbolçularına olan borcun böyük hissəsini ödəyib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 5-ci turunun "Sumqayıt"la oyunu ərəfəsində komanda üzvləri bir neçə ayın pulunu alıblar.
Qeyd edək ki, həmin oyun ərəfəsində "Bakı"nın futbolçuları bir neçə məşqi buraxmışdılar. Onlar maaşlarını ala bilməmələrinə məhz bu yolla etirazlarını bildirmişdilər.