Sent-Etyen əsas heyətin altı üzvünü Bakıya gətirmədi
17 sentyabr 2014 11:56
Fransanın "Sent-Etyen" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun üçün səfərə çıxdığı Bakıya əsas heyətin altı futbolçusunu gətirməyib. Azerisport.az xəbər verir ki, Loik Perren və Romen Amuma zədəsini sağaltmaqla məşğuldu.
Jonatan Bamba, Frank Tabanu, Kefin Teofil-Katren və Riki van Volfsvinkel isə baş məşqmi Kristof Qaltenin qərarı ilə Azərbaycana gələn heyətə daxil edilməyib.