Sent-Etyen Bakıda dəstəksiz qalmayacaq
17 sentyabr 2014 11:23
Fransanın "Sent-Etyen" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı ilk oyunda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, sözügedən komanda Bakıya 50 azarkeşini də gətirir.
Onlarla yanşı ölkəmizdə yaşayan və çalışan fransızların da "Sent-Etyen"i stadiondan dəstəkləməsi gözlənilir.
Qeyd edək ki, "Qarabağ" - "Sent-Etyen" matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.