Beynəlxalq İdman Arbitraj məhkəməsinin hakimləri Bakıda
17 sentyabr 2014 11:12
“Bakcell Arena”da Premyer Liqa klublarının hüquq və lisenziya mütəxəssisləri üçün AFFA tərəfindən futbol hüququ üzrə seminar təşkil olunub. Azerisport.az xəbər verir ki, seminarda Beynəlxalq İdman Arbitraj məhkəməsinin hakimləri Martens Dirk-Reiner, Pilavious Sofoklis və hüquqşünas Andreas Zagklis futbol hüququ mövzusunda təqdimatlarla çıxış ediblər. (AFFA)