Şəkidə yeni meydança
16 sentyabr 2014 19:00
Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində AFFA tərəfindən süni örtüklü meydançaların quraşdırılaraq təmənnasız şəkildə uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilməsi işləri davam etdirilir. Azerisport.az xəbər verir ki, növbəti süni örtüklü meydança Şəki şəhərindəki 3 saylı orta məktəbin ərazisində inşa olunaraq istifadəyə verilib. (AFFA)