Veteranlar da UEFA-nın tədbirinə yollanır
16 sentyabr 2014 18:00
Sentyabrın 19-da Cenevrədə futbol üzrə AÇ-2020-nin ev sahibi olacaq ölkələrin adları müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, bu turnirin bəzi oyunlarına Bakı da ev sahibliyi edə bilər.
19 namizəddən biri olan Azərbaycan paytaxtının bu hüquqa yiyələnməsi məhz həmin gün müəyyənləşəcək. Sözügedən mərasimdə Azərbaycan tərəfi böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Belə ki, tədbirə AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, 1-ci vitse-prezident Elşad Nəsirov, eləcə də AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və olimpiya çempionumuz İqor Ponomaryovun yollanması nəzərdə tutulur.