AFFA AÇ-2016-nın oyunları üçün stadionun adını açıqladı
16 sentyabr 2014 17:45
2015-ci ilin mart ayının 17-22-də Bakıda futzal üzrə AÇ-2016-nın əsas seçmə mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, həmin oyunlar Bakıdakı "Sərhədçi" İdman Kompleksində baş tutacaq.
AFFA artıq bu barədə UEFA-nı da məlumatlandırıb.