Energetik - Şəmkir və MOİK - Lokomotiv oyunları ilə bağlı sərt cəzalar
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futbol üzrə Azərbaycan 1-ci divizionunun 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Energetik” – “Şəmkir” matçında “Şəmkir”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 67-ci dəqiqəsində “Energetik”in futbolçusu Elçin Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Şəmkir”in futbolçusu Səftər Qafarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 89-ci dəqiqəsində “Energetik”in futbolçusu Elvin Əlizadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
MOİK – “Lokomotiv” matçının 45+1-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Haqverdi Yusifov öz komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçünu 3 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 73-ci dəqiqəsində MOİK-in futbolçusu Orxan Müzəffərli, Röyal Nəcəfov, “Lokomotiv” klubunun futbolçusu Nicat Əsgərov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər üç futbolçu 2 oyun cəzalanıb, klubları 200 manat cərimə olunub.