Yunis Hüseynov Xəzər Lənkəranda!
16 sentyabr 2014 12:10
Azərbaycan futbolunun tanınmış simalarından biri, futbol veteranı, PRO kateqoriyali mütəxəssis Yunis Hüseynov "Xəzər Lənkəran" futbol klubuna qayıdıb. Azerisport.az xəbər verir ki, o, bu klubun idman direktoru vəzifəsinə təyin olunub.
Hüseynov bu gün klub prezidenti tərəfindən klub nümayəndələri və komanda uzvlərinə təqdim edilib. (klub saytı)