Məhəmməd Qurbanov: Bakı erkən qol vurmaqla bizi tələsməyə məcbur etdi
16 sentyabr 2014 00:23
"Sumqayıt"ın hücumçusu Məhəmməd Qurbanov Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşdıqları "Bakı" ilə oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesablı əzmkar qələbə ilə bağlı bunları söyləyib:
"Bu, çox maraqlı bir oyun oldu. "Bakı" erkən qol vurdu ki, bu da bizi tələsmək məcburiyyətində qoydu. Fasiləyə qədər hesabı bərabərləşdirmək istəsək də, bu, alınmadı. Amma ikinci hissədə çox yaxşı oynadıq və iki qol vurub, 3 xal qazandıq".