Azərbaycan Danimarkaya darmadağınla uduzdu
16 sentyabr 2014 00:12
19 yaşadək qızlardan ibarət Azərbaycanın futbol yığması Bakıda təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, millimiz ikinci oyununda Danimarka ilə qarşılaşıb.
Oyun rəqib komandanın böyük hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyununda isə Ukrayna yığması Kiprə qalib gəlib.
AÇ-nin ilkin seçmə mərhələsi
15 sentyabr
Kipr - Ukrayna - 1:3
Danimarka - Azərbaycan - 3:0
Bu qrupun son turunun oyunları sentyabrın 18-də keçiriləcək. Ukrayna Danimarka ilə, yığmamız isə Kiprlə üz-üzə gələcək.
Qrupdakı son durum: Danimarka, Ukrayna - 6, Kipr, Azərbaycan - 0.