Əfran İsmayılov: Hətta atam da, pul cəriməsi ilə üzləşdiyimizi eşidib
15 sentyabr 2014 20:00
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Əfran İsmayılov komandasının yeni mövsümə uğursuz başlamasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"XL heç vaxt mövsümə belə pis başlamamışdı. Biz də autsayder olmağımızı istəməzdik. Vəziyyəti tezliklə düzəldəcəyimizə ümidliyik. "Neftçi" ilə oyundan sonra klub rəhbərliyinin bizə pul cəriməsi kəsdiyi haqda söhbətlər dolaşır. Hətta atam da mənə zəng etdi, bu məsələ ilə maraqlandı. Amma bu, elə deyil. Yaxın turlarda hər şey yaxşılığa doğru dəyişəcək".