Elhad Nəziri: Özləri də bilir ki, oyun satan futbolçular olaraq kimləri demişəm
15 sentyabr 2014 17:35
"Araz Naxçıvan"ın müdafiəçisi Elhad Nəziri baş məşqçi Əsgər Abdullayevlə münasibətlərindən, bu komandadan ayrılmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim komandanın oyunçuları ilə heç bir işim yoxdu. Mən sözümü baş məşqçi Əsgər Abdullayevə, Aleksandr Krutskeviçə və Ruslan Zubkova demişəm. Hansı ki, həmin oyunçular "Turan"da da bu mütəxəssisin rəhbərliyi altında oynayıblar.
Oyun satılmasına gəlincə, onlar özləri də mənim kimi və nəyi nəzərdə tutduğumu bilirlər. Mən Eşqin Quliyevə, Kamal Bayramova, Bəxtiyar Soltanova, Ramal Hüseynova heç bir söz deməmişəm. Onlarla çörək ksəmişəm. Əsgər Abdullayevə sadəcə, iki oyunçu ilə bağlı söz demişəm. Onlar hansı əsasla meydana çıxırlar"?