Sumqayıtın oyunçuları 1500 dollar irəli düşdülər
15 sentyabr 2014 16:15
"Sumqayıt"ın futbolçularının Topaz Premyer Liqasındakı hər oyunda qazandığı qələbəyə görə əldə etdikləri qazancın məbləği müəyyənləşib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi hər qələbəyə görə oyunçulara 500 dollar pul ödəyir.
Sözügedən komandanın üzvlərinə yalnız "Qarabağ" üzərindəki texniki qələbəyə görə mükafat verilməyib. Qalan 3 oyundakı qələbəyə görə isə futbolçular bütövlükdə 1500 dollar irəli düşüblər.
Qeyd edək ki, "Sumqayıt" 5 turdan sonra 12 xalla birinci pillədə qərarlaşıblar.