Amitsiz Atletiko məğlub oldu
15 sentyabr 2014 16:00
Portuqaliya Sequnda Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası "Atletiko" da növbəti matçına çıxıb.
Lissabon təmsilçisi öz meydanında "Akademika Vizeu" ilə qarşılaşıb. Oyun qonaqların minimal hesablı qələbəsiylə başa çatıb. Amit zədə səbəbindən bu oyunda forma geyməyib.
Hazırda Amitin komandası 5 xalla 24 klub arasında 21-ci yerdə gedir.