Sent-Etyeninin hücumçusu Qarabağla oyunu buraxa bilər
15 sentyabr 2014 13:55
Fransanın "Sent-Etyen" klubu ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın aparıcı hücumçusu Romen Amuma Liqa 1-in son turunda "Kan"la görüşdə sıradan çıxıb.
O, aldığı zədə səbəbindən bir müddət məşq edə bilməyəcək. Mümkündü ki, Amuma sentyabrın 18-də Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı oyunu buraxsın.