Böyükağa Hacıyev Arif Əsədova cavab verdi
"Neftçi" klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev komandanın hazırkı çalışdırıcısı Arif Əsədovun futbolçuların fiziki hazırlığının aşağı olmasıyla bağlı fikrinə münasibət bildirib. Hacıyev azerisport.az saytına açıqlamasında bunları deyib:
"Arif Əsədovun sözlərinə təəccübləndim. Axı komanda azlıqda qalmasına baxmayaraq, "Xəzər Lənkəran"a 50 dəqiqə müqavimət göstərdi. Oyunu qələbəylə başa vurdu. Avropa Liqasında iki səfər qələbəsi qazandıq. Belə olan halda fiziki hazırlıqda problem olmamalıdı. Digər tərəfdən Əsədov artıq 14-15 gündü ki, baş məşqçidi. Bu müddətdə həmin problemi aradan qaldırmalıydı. Əgər Əsədov komandaya müdafiə futbolu aşılayırsa, mən günahkar deyiləm. Fikrimcə, komanda yaxşı vəziyyətdədi və mükafatlar uğrunda mübarizə aparacaq gücdədi. Fiziki hazırlıqdan narazıdısa, qoy Mehmet Akı gətirsin "Neftçi"yə. Onda yəqin problemləri həll olunar".