Emin Nuri millimizin İtaliya və Xorvatiya ilə oyunlarına dəvət olunacaq
13 sentyabr 2014 00:35
İsveçin "Kalmar" klubunun futbolçusu Emin Nuri zədəsini sağaldıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasına da dəvət alan futbolçu artıq komandasıyla birgə məşqlərə başlayıb.
Onun İsveç çempionatının növbəti turu çərçivəsində "Erebru"ya qarşı oynaması gözlənilir.
Qeyd edək ki, Emin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı oyuna zədə səbəbindən çağırılmamışdı. Amma onun oktyabrın 10-da İtaliya və həmin ayın 13-də baş tutacaq Xorvatiya ilə oyunlar zamanı yığmamızın düşərgəsində olması gözlənilir.
Xatırladaq ki, Emin Nuri Azərbaycan yığmasında Özbəkistanla yoxlama oyununda (0:0) debüt etmişdi.